Dəhşət: 3 yaşlı qızı zorladılar

22-10-2014, 22:20   
Dəhşət: 3 yaşlı qızı zorladılar
Polis hazırda həmin şəxsi axtarır

Kriminal Hindistanda dəhşətli hadisə baş verib.
Benqalor şəhərində məktəbdə 3 yaşlı uşaq naməlum şəxs tərəfindən zorlanıb. Naməlum şəxs qızı birinci qızı döyüb, daha sonra isə zorlayıb. Polis hazırda hadisə yerindən qaçan həmin şəxsi axtarır.

Polis müşahidə kameralarını araşdırır və uşağın sağlamlıq vəziyyəti haqqında məhkəmə-tibbi ekspertizanın hesabatını gözləyir.

"İlkin tibbi yoxlama uşağın bədənində zorakılığın izlərini aşkar edib. Qız indi şokdadır", - polis bildirib.

Polis məktəbdə işləyən altı kişi müəllim dindirilib. Onlardan hələ heç kim həbs edilməyib.

Qeyd edək ki, ötən il Hindistanda avtobusda 21 yaşlı tələbə qız kütləvi zorlanmaya məruz qalmışdı. Bundan sonra ölkəni zorlamalara qarşı kütləvi etiraz dalğası bürümüşdü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.