[media=http://www.youtube.com/watch?v=OrKZeADjiSQ]
Heç kim də ona “gözün üstündə qaşın var” demir...
Son zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların sayı artır. Buna səbəb bəzi yol polisi işçilərinin öz işlərinə məsuliyyətsiz yanaşmalarıdır...
,Bu cür qanunsuzluqlardan biri də Cəlilabad rayonunun Göytəpə postunda qeydə alınıb.
Belə ki, yol polis işçisi dövlət yol polisi idarəsinə məxsus nömrəni öz şəxsi avtomobilinə qoyub...
Bu şəxs sanki elə belə olmalıymış kimi rahatlıqla avtomobili idarə edir. Heç kim də ona “gözün üstündə qaşın var” demir... Hər halda görüntülərdən də hər şey açıq-aydın özünü göstərir!
Xatırladaq ki, belə bir hadisə bir neçə ay öncə də qeydə alınmışdır.
Beləki həmin postun əməkdaşı İlham Ağayev dövlət yol polisi idarəsinə məxsus nömrəni "Lexus" markalı avtomobilinə taxaraq yanacaqdoldurma məntəqəsindən pulsuz yanacaq əldə edirdi.
Məsələ ilə əlaqədar Bolgexeber.TV-müxbiri Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin mövqeyini öyrənməyə dəfələrlə cəhd etsə də,onunla əlaqə yaratmaq mümkün olmadı.
Mövzunu diqqətdə saxlayacağıq.