[media=http://www.youtube.com/watch?v=q1kwyTMGr7k]
Pərvanə Nuriyeva bacısının başını kəsdiyini səmimi etiraf edib
Kriminal Bakıda bacısının başını kəsdiyini deyilən qızın görüntülərini ANS eksklüziv olaraq lentə alıb. Qız bacısının başını kəsdiyini səmimi etiraf edib.
Pərvanə Nuriyeva dindirilərkən bacısını öldürdüyünü səmimi etiraf edib. Hadisənin təfərrüatları ilə bağlı bir neçə versiya var. Amma polis və prokurorluq orqanları hələ ki, bu haqda heç nə demək istəmirlər.
Qeyd edək ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan 20 yaşlı Nuriyeva Günel Etibar qızının başını doğma bacısı Pərvanə Nuriyeva kəsib.
Təhsil ilə bağlı paytaxta gələn Günel Nuriyeva həmin ünvanda iki bacısı ilə birgə yaşayırmış. Onların hər ikisinində Konservatoriyada təhsil aldığı deyilir.