Hakim Yeni Azərbaycan Partiyasının əməkdaşının adının hallandığı xuliqanlıq hadisəsi Ağcabədi rayonunda baş verib. Məlumata görə, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı olan Ənnağı Nazim oğlu Bünyadov bir neçə yaxın dostu ilə birlikdə biri polis əməkdaşı, biri isə MTN –nin yerli şöbəsinin mühafizəçisi olan iki şəxsi möhkəm döyüblər. Məlumata görə, hadisə Müstəqllik günü baş verib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayıblar. Məlumata görə, hadisə ilə bağlı həm Daxili İşlər Nazirliyinin, həm də Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.
Rayondakı mənbəmizin verdiyi məlumata görə hüquq-mühafizə orqanlarının araşdırmalara başlaması isə Ağcabədi rayon icra hakimiyyəti başçılsının birinci müavini Rövşən Əhmədovu narahat edib. Çünki, Rövşən Əhmədov icra başçısının birinci müavini olmaqla yanaşı, həm də YAP Ağcabədi rayon təşkilatının sədridir. Rövşən Əhmədovun adı son zamanlar bir neçə qalmaqalda hallanıb və onun əməkdaşının Müstəqllik Günü biri polis, biri isə MTN-nin mühafizəsində çalışan iki şəxsi möhkəm döyməsi ilə bağlı məsələnin böyüməsi icra başçısının birinci müavinini narahat etməyə bilməz.
Məlumatda o da qeyd edilir ki, Ağcabədi rayonunda əhalini hakimiyyət orqanlarından narazı salan əsas məmurlardan biri kimi adı hallanan Rövşən Əhmədov dörd nəfər rayon sakini ilə məhkəmə çəkişməsindədir. İcra başçısnın birinci müavini həmin şəxsləri onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzuna zərər vurmaqda ittiham edir. İcra başçısının məhkəmə davası açdığı şəxslər isə bu iddianı absurd olduğunu bildirirlər. İcra başçısının birinci müavini tərəfindən məhkəmə davasına cəlb olunan şəxslər hesab edirlər ki, Rövşən Əhmədov bununla Ağcabəd rayon rəhbərliyinin adının hallandığı korrupsiya faktları ilə bağlı vətəndaşların müxtəlif dövlət orqanlarına müraciətinin qarşısını almağa çalışır. İndi onun sədri olduğu təşkilatın əməkdaşının xuliqanlıq əməli vəziyyəti daha da çətinləşdirib. Rövşən Əhmədov bu prosesi sonunda zərər çəkəcəyindən ehtiyat edir və buna görə hadisə ilə bağlı araşdırmanın böyüməməsinə çalışır