Tərtərdə ev ala bilməyən məcburi köckünlər etiraz aksiyası keçirib. Rayonun dörd yol adlanan ərazisində 100 artıq Ağdamdan olan məcburi köçkün ailəsi bu gün aksiya keçirib. Onlar bildiriblər ki, 20 ildən çoxdur torpaqdan tikilən evlərdə yaşayırlar. Rayonun İmamqulubəyli kəndində məcburi köçkün qəsəbəsi salındığını bildirən sakinlərin sözlərinə görə, ərazidə yaşayan ailələrin böyük hissəsinin evlə təmin edilsə də, onlara bu bölgüdən ev düşməyib.
Bununla bağlı sakinlər dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlər Komitəsinə müraciət ediblər.
Akisya yerinə polis əməkdaşları cəlb olunub