Mübariz Qurbanlı məhv ediləcək biznesin anonsunu verdi

23-10-2014, 17:18   
Mübariz Qurbanlı məhv ediləcək biznesin anonsunu verdi

Azərbaycanda vəhhabilərin nəhəng biznesinin mövcudluğu barədə faktlar artıq toplanıb.

Axar.az-ın əldə etdiyi məlumatlara görə, hüquq-mühafizə orqanlarının vəhhabilərin biznes şəbəkəsi barədə araşdırmaları başa çatıb və materiallar toplanıb. Hazırda Azərbaycanda olduqca geniş iqtisadi imkanlara sahib vəhhabilərin biznes şəbəkəsinin məhv edilməsinə başlanılır.

Mənbənin sözlərinə görə, paytaxtın “Binə”, “Sədərək”, “Bakıxanov” ticarət mərkəzlərində vəhhabilər geniş bizneslə məşğul olurlar. Həmçinin, Bakıda məşhur restoranları, telekom şirkətləri, kombi satışını həyata keçirən onlarla mağazaları fəaliyyət göstərir. Bu obyektlərdən əldə olunan gəlirlər radikalların təşkilatlanmasına və fəallaşmasına yönəldilir. Eyni zamanda, xəvaric, təkfirçi qüvvələrin Suriyaya göndərilməsinə maliyyə cəhətdən dəstək verilir.

Redaksiyamıza gələn xəbərlərə görə, vəhhabilərin iqtisadi imkanlarının dövlətin təhlükəsizliyi baxımından nəzarətə götürülməsi prosesinə start verilib.

Bunun anonsunu isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən müşavirədə verib. Komitə sədri vəhhabilərin iqtisadi bazalarını dağıdacaqlarını deyib:

“Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcəyik. Onların iqtisadi bazasını məhv edəcəyik. İdeoloji bazası ilə mübarizə isə dindarların işidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.