Barmaq izləri ilə cinayətər necə açılır? (VİDEO)

24-10-2014, 01:44   
Barmaq izləri ilə cinayətər necə açılır? (VİDEO)

[media=http://www.youtube.com/watch?v=VZmzc0Jr5i0]
Hazırda Azərbaycanda bu sahəyə meyil azdır

Növbətçi Barmaq izləri müxtəlif cinayət hadisələrinin üstünün açılmasında əvəzsiz rola malikdir.

ANS TV-nin məlumatına görə, kriminalistika sahəsində “daktilaskopiya” adlanan bu sahə, insanın və ya cinayətkarın kimliyini aşkarlamaq üçün istifadə olunur. Səbəbi isə çox sadədir. Çünki dünyada nə qədər insan varsa, onların heç birinin barmaq izi üst-ütsə düşmür. Bunu həm elm, həm də din sübut edir. Bəs barmaq izləri kriminalistlər tərəfindən necə aşkar edilir. Kriminalistlər barmaqları mürəkkəbə batıraraq kağız üzərinə basmaqla əldə edirlər. Bu formada arxivlənən barmaq izləri, gələcəkdə meydana gələ biləcək hər hansısa bir cinayətin üstünü açmağa kömək edir. Amma kriminalistlər, barmaq izlərini cinayət yerindən götürərkən, bəzi detallara xüsusi önəm verirlər.

Sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, barmaq izləri xüsusi plyonka vasitəsilə hadisə yerində götürülür: "Laboratoriya təhqiqatından sonra istintaqçı və əməliyyatçı konkret olaraq həmin işlə əlaqədar olaraq müəyyən şübhəli şəxslərin barmaq izlərini də ora təqdim edir. Orada müqayisəli təhqiqat aparılır. Buna eyniləşdirmə deyilir. Yəni orda eyniləşdirmə aparırlar”.

İlk baxışda barmaq izləri görünmür. Məhkəmə-tibb ekspertləri, görünməyən barmaq izlərinin şəkillərini çəkə bilmək üçün, bəzi vasitələrdən istifadə edir. Ən geniş yayılmış üsül isə, toz pudra səpməklə əldə olunan əl izləridir. Keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, son dövrlərdə Azərbaycanda bu sahəyə maraq azalıb. Baxmayaraq ki, həm peşəkər ekspertlər və lazımi avadanlıqlar var.

Sabiq polis rəisi Mahmud Hacıyev qeyd edir ki, SSRİ yaranandan bir müddət sonra bu sahəyə maraq çoxaldı: “Sonradan isə o sahəyə meyl həddindən artıq azaldı. 60-cı illərdə isə bu sahəyə maraq nisbətən artdı. İndinin özündə də bu sahəyə meyil azdır. Hətta kriminalist kimi işləyən orqan işçiləri çalışırlar ki, əməliyyat və istintaqa keçsinlər. İstintaq və əməliyyatda işləyənlər isə istəyirlər ki, kriminalist kimi fəaliyyət göstərsinlər”.

Bəs, cinayət hadisələrinin tez bir zamanda açılmasi üçün nə etməli? Polis rəisininin səzlərinə görə, ölkə başçısının biometrik pasportlarla bağlı sərəncamı var. Həmin qanunun icrası zamanı əl barmaq izlərinin götürülərək Daxili İşlər Nazirliyinin bazasına əlavə etmək olar.

Hər halda bütün vətəndaşların barmaq izlərinin götürülməsi və arxivləşdirilməsi istənilən cinayət hadisəsinin açılamasında əsas rolu öz üzərində saxlayacaq. Çünki insanların barmaq izi heç vaxt dəyişmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.