Abşeron rayonunda torpaq alverinə nəzarət edən Elgiz dayısının hesabına azadlığa çıxıb
Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Abşeronun icra başçısı Zakir Fərəcovun Elgiz adlı bacısı oğlu həbs olunub. Onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Edilən şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan Elgiz isə bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb. Mənbələrin veridiyi məlumatda vurğulanır ki, sözügedən şəxsin azadlığa buraxılmasının təşəbbüskarı elə öz dayısı olub.
Belə ki, baş verən olayın Zakir Fərəcovun imicinə ciddi zərər vurması icra başçısını hərəkətə keçirib. Qısa müddət ərzində apardığı danışıqlar və etdirdiyi xahişlərdən sonra Elgiz azadlığa çıxıb.
O da qeyd olunur ki, Elgiz Abşeronda torpaq biznesinin əsas fiqurlarından biridir. O heç bir yerdə işləməsə də, dayısının hesabına rayonda bu işləri tam nəzarəti altına alıb. Hətta uzunmüddətdir Abşeronda onun icazəsi olmadan kimsənin ev tikməsi belə mümkün deyilmiş. Bunun üçün onun müəyyən etdiyi qiymətlər varmış və pul alınmayana qədər kimsənin daşı daş üstünə qoymağa ixtiyarı belə yoxmuş. Dünəndən etibarən sözügedən şəxsin yenidən rayonda peyda olduğu və torpaq biznesinə başladığı deyilir.(jam.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.