Sabah axşamdan havaların dəyişəcəyi gözlənilir
Oktyabrın 25-i axşamdan, 26-da gün ərzində Bakı və Abşeron yarımadasında hava küləkli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında bildirib ki, oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı ehtimal olunur. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürəti artacaq. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
Bölgələrdə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
Bu gün ölkə ərazisində temperaturun 17-22 dərəcə isti olacağı gözlənilirsə, oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.