36 yaşlı azərbaycanlı moskvalı məktəblini intihara məcbur etdi
Moskvada orta məktəblərdən birinin 10 yaşlı şagirdi 36 yaşlı azərbaycanlıya görə intihar edib.
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, faciə Moskvanın Rublyovsk şossesi, 81 ünvanında baş verib.
4-cü sinif şagirdi olan məktəbli sinif yoldaşı olan azərbaycanlı uşaqla dalaşıb. Azərbaycanlı uşağın atası, Tula vilayətində qeydiyyatda olan 36 yaşlı şəxs isə onu hədələyib və öldürəcəyini deyib. Uşaq qorxusundan özünü 13-cü mərtəbədən pəncərədən aşağı atıb.
Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, 4-cü sinif şagirdini qorxudaraq intihara məcbur etmiş azərbaycanlı saxlanılıb, onun barəsində intihar həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.