3 gün mənim üçün 3 əsir oldu

24-10-2014, 13:03   



ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı türk müğənni Doğuşla ailə həyatı qurması haqda yayılan xəbərlərə bu həftənin bazar günü aydınlıq gətirəcək.

Bu barədə aparıcı Facebook səhifəsində məlumat verib:

“Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsir kimi oldu. Mən “Səni axtarıram”sız qala bilmərəm. Amma elə bilməyin, bu 3 gündə axtarışları unutdum, yox, eksinə 3 ildi aparılan axtarışları yekunlaşdırdım.

Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim.

Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəm. Allah hər kəsə kömək olsun. O cümlədən “Sənir axtarıram”a ümid yeri kimi baxan hər həsə. Amin!”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.