Rusiya şokda: Rubl rekord həddə düşdü

24-10-2014, 13:08   
Rusiya şokda: Rubl rekord həddə düşdü

Bu gün ilk dəfə olaraq rus rublu avro və dollara nisbətdə rekord həddə düşüb.

Axar.az xəbər verir ki, Moskva birjasında bir avro daha 19 qəpik bahalaşaraq 53.002 rubl olub.

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev məsələ ilə bağlı verdiyi açıqlamasında panikaya düşməməyə çağırıb:
“Rusiya Bankı inflyasiya ilə mübarizə aparır. Düzdür, bu bizi narahat edir. Amma kursun necə olmasına baxmayaraq, inflyasiya bizim nəzarətimizdə olacaq”.

Qeyd edək ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya və dünya bazarında neftin ucuzlaşması son iki ayda rus rublunun avro və dollar qarşısında ucuzlaşmasına gətirib çıxarıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.