Bakıda Çin masaj salonlarının kütləvi şəkildə ləğv olunmasının təfərrüatı üzə çıxıb. Bir müddət öncə paytaxtda geniş vüsət alan Çin masajı salonları qəfildən ləğv edilib və çinli masajçı qızlar ölkədən deporatsiya olunub.
şəhərin bir çox yerlərində fəaliyyət göstərən Çin masaj salonlarının bağlanması birbaşa hakimiyyətin siyasi iradəsi ilə gerçəkləşib. Belə ki, bu obyektlərin anti-sanitariya, xəstəlik mənbəyi olması narahatlıq doğurub. Hazırda Bakıda bir Çin masajı salonu da qalmayıb.
Eyni zamanda, şəhərdə səyyar ticarətlə məşğul olan çinli miqrantların qanunsuz fəaliyyətinin qarşısının alınması yönündə addımlar atılır.
Artıq bir müddət əvvəl paytaxtda hər addımbaşı gözə dəyən çinli miqrantlar artıq gözə dəymir. Onların infeksiya, xəstəlik qaynağı olması, yaşam tərzi, satdığı malların keyfiyyətsizliyi, üstəlik qeyri-qanuni miqrasiya məsələləri aidiyyəti qurumları hərəkətə keçirib.
Qeyd edək ki, Çin masaj salonlarında intim xidmətin də təklif olunduğu barədə vaxtaşırı məlumat yayılıb