Harvard Tibb Məktəbinin alimləri beyin xərçəngini məhv edən hüceyrələr hazırlayıblar.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hazırlanan hüceyrələr normal hüceyrələri və özlərini məhv etmədən xüsusi toksinlər buraxır ki, bu toksinlər də beyin şişini öldürürür. Araşdırmalara rəhbərlik edən Massaçusets xəstəxanasının və Harvard Tibb Məktəbinin molekulyar neyroterapiya laborotoriyasının rəhbəri Xalid Şah bildirib ki, tədqiqatın nəticələri müsbət olub.
“Bu toksinlər normal hüceyrələr üçün təhlükəli deyil. Aparılan araşdırma zamanı əsas hüceyrələr xüsusi gellə əhatə olunaraq, beyin şişinin ətrafına yeridildi və tədricən beyin xərçənginə nüfuz etdi. Biz təcrübə zamanı gördük ki, bu hüceyrələrin buraxdığı toksinlər xərçəng hüceyrələrini öldürürdü”, - deyə o bildirib.
Ekspert bildirib ki, hazırda bu təcrübə siçanlar üzərində həyata keçirilir.
Növbəti mərhələdə isə bu hüceyrələr insanlar üzərində sınaqdan keçiriləcək.