Ukrayna KQB-nin gizli arxivlərini Polşaya verdi

4-01-2015, 20:19   

Polşa Milli Yaddaş İnstitutu ötən 2014-cü ilin sonunda Ukrayna arxivlərindən sovet xüsusi xidmət orqanlarına məxsus 7.5 mindən çox əməliyyat sənədlərini alıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Milli Radiosu məlumat yayıb.

“Sovet xüsusi xidmət orqanlarının 1944-cü ildə Polşa anti-kommunist qiyamı ilə mübarizəsindən bəhs edən sənədlər analiz edilir”, - məlumatda bildirilib.

Milli Yaddaş İnstitutunun sədri Lukaş Kaminski bu sənədləri qiymətsiz adlandırıb:

“Bu sənədlər bizim 1944-cü ildən sonrakı qiyam haqqında olan bildiklərimizi dəyişəcək. Ümid edirəm ki, biz ilk dəfə olaraq Polşa qiyamının necə yatırılması ilə bağlı suallara tam cavab verə biləcəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.