Serj Sərkisyan Ermənistan-Türkiyə münasibətlərini metodik və ardıcıl şəkildə dalana salıb.
Musavat.com xəbər verir ki, belə bir açıqlama ilə müxalif Ermənistan Milli Konqresinin Xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan çıxış edib.
Onun sözlərinə görə, Sürix protokollarının imzalandığı 2009-cu ildə Sərkisyanın avantürizmi dövlət təbliğatına çevrilsə də, Ermənistan prosesdən heç nə uda bilməyib. “Uduşda Türkiyə və Azərbaycan, bir də o ölkələr oldu ki, sərhədlərin bağlı qalması onlara sərf edir”, - deyə siyasətçi vurğulayıb.
“Bu dalan – Serj Sərkisyanın rəqiblərimizə hədiyyəsidir və şüurlu şəkildə edilən fiaskoya görə 2009-2011-ci illərdə bu təşəbbüsü tərifləyənlər cavab verməlidir və verəcək”, - deyə müxalif siyasətçi əlavə edib.