Müğənni təyyarəni bir-birinə qatdı

5-01-2015, 10:50   
Müğənni təyyarəni bir-birinə qatdı
Ərköyünlük edən diva təyyarənin 40 dəqiqə gecikməsinə səbəb olub
Türkiyənin ən böyük sənətçilərindən biri hesab edilən Bülənt Ərsoy təyyarəni bir-birinə qatıb, müğənni Antaliyadan İstanbula getmək üçün təyyarəyə minib.

Uçuş xəttində pilot sərnişinlərdən təhlükəsizlik kəmərlərini bağlamalarını xahiş edib. Lakin müğənni stüardessa və pilotun xəbərdarlıqlarını qulaqardı edib. O, israrla kəmərini taxmayacağını deyib. Bundan sonra pilot uçuşdan imtina edərək uçuş xəttindən geri qayıdıb.

Sərnişinlərin sərt reaksiyası və hava limanı əməkdaşlarının müdaxiləsindən sonra müğənni kəmərini bağlamağa razılıb verib. Onun ərköynlüyü təyyarənin düz 40 dəqiqə gec havaya qalxmasına səbəb olub.
B.Ərsoyun yaxın zamanda əməliyyat olduğunu əsas gətirərək kəməri bağlamaq istəmədiyi ehtimal edilir.

Mülki aviasiya qanunlarına görə, bir sərnişin belə kəmərini bağlamasa pilot təyyarəni havaya qaldıra bilməz.

Bu hadisədən sonra mənzil başına gecikən digər sərnişinlər ərizə yazaraq B.Ərsoydan şikayət ediblər.

Qeyd edək ki, bu B.Ərsoyun təyyarədə yatardığı ilk qalmaqal deyil. Belə ki, bundan öncə o stüardessaları tənqir etmişdi. Buna səbəb isə təyyarədə vəziyyəti pisləşən bir uşağın qaytarması olub.
“Uşaq zəhərləndiyi üçün torpaya qaytarır. Heç bir problem yoxdur" sözlərini eşidən müğənni stüardessaya "Səni burada döyərəm. Təyyarənin qapısını açdır. Uşaq orda qaytarsın", deyə o bağırıb.

Bir dəfə isə o təyyarədə kürkünü asmaq üçün asılqan istəyib. Asılqan olmadığını eşidəndə isə qışqıraraq "Bu kürkün neçəyə olduğunu bilirsinizmi? Kürk qatlanmaz" deyə dava salıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.