Vitse-kansler bu ölkəyə tətbiq olunan sanksiyalara qarşıdır
Almaniyanın vitse-kansleri Ziqmar Qabriel Qərb ölkələrini Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqindən çəkinməyə çağırıb.
Anspress-in İnterfaks-a istinadla verdiyi məlumata görə, o müsahibəsində bildirib ki, daha əvvəl tətbiq edilmiş sanksiyaların hədəfi Rusiya üçün heç vaxt siyasi və iqtisadi xaos yaratmayıb. Bunu kim istəyirsə, Avropada bizim hamımızı daha təhlükəli vəziyyətə sürükləyir. Unutmayaq ki, Rusiya nüvə dövlətidir.
Onun sözlərinə görə, bütövlükdə Rusiyanı dizi üstə qoymaq Almaniyanın və Avropanın maraqlarına uyğun deyil. Biz yalnız Ukraynada münaqişəni nizama salmaq istəyirik.
Xatırladaq ki, bu gün Berlində siyasətçilər səviyyəsində "Norman formatında" Ukrayna üzrə görüş olacaq. Rusiyanı tədbirdə Xarici İşlər Nazirliyinin MDB üzrə departamentin direktoru Viktor Sorokin təmsil edəcək. "Norman formatında" danışıqlarda Rusiya, Almaniya, Fransa və Ukrayna iştirak edir.