Validə Abbasova Yeni ili sevgilisi və qızı ilə qarşıladı - FOTO

5-01-2015, 17:04   
Validə Abbasova Yeni ili sevgilisi və qızı ilə qarşıladı - FOTO
“Miss Milenium” gözəli Validə Abbasova Yeni ili Cenevrədə keçirib.

Sevdiklərini başına toplayan seksual model yeni ildən sonra təəssüratlarını atvxeber.az-ın əməkdaşı ilə də bölüşüb: “Yeni ili ən gözəl yerlərdən biri olan Cenevrədə qızımla, dostlarım və sevgilimlə birlikdə qeyd etdim. Əvvəl ənənəvi olaraq bayram süfrəsi arxasında Yeni ili qarşıladıq. Daha sonra isə bayramı dünya ulduzlarının qonaq kimi iştirak edəcəyi Cenevrənin ən yaxşı klublarından birində Yeni il şousunda davam etdik”.

V.Abbasova 2015-ci ildən gözləntilərini də ATVxəbər.az-a açıqlayıb: “Arzu edirəm ki, bütün arzularım bu il çin olsun. Hər şeyin ən yaxşısını təkcə özümə yox, doğmalarıma, sevdiklərimə, dostlarıma və bütün mehriban, xeyirsevər insanlara arzu edirəm. Qoy hər kəs özünü yaxşı təqdim etmək imkanına malik olsun, bununla da özünə və başqalarına faydalı olacaq. 2014-cü ildən məmnunam və çalışacağam ki, növbəti ildə də irəli gedə bilim”.

Cazibədar model 2014-cü ilin ən yadda qalan hadisəsini də onu sevənlərlə bölüşüb: “2014-cü ildə ən yadda qalan günlərim qızımın və öz ad günümün sevdiyim şəxslə "Kapri"də keçirilməsi oldu”.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.