Dosye.org Almaxanım Əhmədlinin müsahibəsini təqdim edir.
Zəhmət olmasa özünüz haqda oxucularımıza məlumat verərdiniz.
Mən Almaxanım Əhmədli 2001-ci ildə avqustun 18-də bakıda anadan olmuşam. Hal hazırda orta məktəbdə 9-cu sinifdə, musiqi məktəbində muğam şöbəsində 3-cü sinifdə təhsil alıram. Beynəlxalq müsabiqələrdə laureat olmuşam. İyun ayında Qarabağ adlı diskim işıq üzü görüb.
Almaxanım necə oldu ki, sizdə bu sənətə marağ oyandı?
Mənim uşaqlıqdan bu sənətə istəyim olub. Həmdə gendən gəlir.
Gendən deyirsiniz, kimi nəzərdə tutursunuz?
Bizim ailəmizdə atam şair və elmi olsa da həm də violeançel sinfini 7 il bitirib. Və eyni zaman da dayımı nəzərdə tuturam.
Dayı demişkən, İzzət Bağırovu nəzərdə tutursunuz?
Bəli.
Siz efirlərə dəvət alırsınız. Və gələcək də sizin istedadlı muğənni olduğunuza şübhə olmayacaq. Buna görə kimə minnətdarsınız?
Allahıma minnətdaram.
Gələcək planlarınız haqda?
Gələcək planlarım haqda onu deyə bilərəm ki hal hazırda 2 yeni mahnı üzərində işləyirəm. 1 i demək olar ki hazırdır. Lirik mahnıdır, musiqisi gözəl bəstəkarımız Nailə Mirməmmədli və sözləri Hacı Rafaelə məxsusdur. İnşallah o mahnıya klip çəkdirəcəyik. Klipin rejissoru Nail Naiboğlu olacaq.
Müğənnilərimizin əksəriyyəti özlərini naza çəkirlər. Onlarla görüşüb, müsahibə almaq üçün gərək nə qədər gözləyəsən. Ancaq siz tam səmimi sullara cavab verirsiniz.
Əlbətdə. Mənim fikrimcə insan sadə olmalıdır. Məsələn müğənni öz pərəstişkarları ilə də sadə olmalıdır. Və insanlar həmişə sadə qalsalar çox yaxşı olar.
Sizin erkən yaşda sənətə üstünlük verməyinizdə hansısa sənətçinin əməyi varmı?
Xeyr, heç bir sənətçinin əməyi yoxdur.
Siz danışanda hiss olunur ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Elə özünüzə əminsiniz?
Musiqi barəsində mənim edəcəyim hələ çox şeylər var. Hələ mən öz üzərimdə çox çalışacam. Hələ çox öyrənəcəyim şeylər var. Gələcəkdə yaxşı xanəndə olmaq üçün çox çalışmaq lazımdır
Muğam dərsləri də alırsınız?
Bəli aləram 13 nömrəli məktəbdə oxuyuram 3-cü sinifdə.
Almaxanım, sizin üstünlük verdiyiniz müğənni kimdir?
Əsasən xanəndələrə daha çox üstünlük verirəm. Türk musiqisini də dinləyirəm
Yerli şou-biznesimizdən xəbəriniz var. Gələcəkdə sizi şou-biznesdə görmək olarmı?
Mən gələcəkdə inanmıram ki sou- biznesdə olum. Əsasən mən milli musiqimizə üstünlük verəcəm yəni muğam ifaçısı. Amma təbii ki estrada mhnıları da oxuyuram və oxuyacam. Lap klassik musiqi oxusam belə şou biznesdən qıraqda olsam yaxşıdır. Əsasən gələcəkdə öz sənətimlə məşğul olacam.
Demək olarmı ki, şou-biznesdə çatışmamazdıqlar və mənfi hallar yetərincədir?. Elə olan halda şou-biznes əhlinə sözünüz?
Mən bu barədə heç nə deyə bilmərəm. Yəni bu barədə heç nə deməsəm daha yaxşıdır
İndi də el şənlikləri haqda. Toylara dəvət alırsınız?
Bəli dəvət alıram. Gedəndə isə 1 saat yarım-dan çox getmirəm. Çünki mənim səsim hələ tam formalaşmalıdır.
Almaxanım, sizə sənətdə uca zirvələri fət etməyi arzulayırıq. Gün o gün olsun doğma Qarabağdan səsiniz gəlsin.
Mən təşəkkür edirəm sizə. Və məni dinləyənlərə, məni sevənlərə də öz təşəkkürümü bildirirəm. Çox sağ olun.
Müsahibəyə görə təşəkkür edirik