Bir zamanlar Space TV-nin məşhur siması olan aparıcı Lətafət Ələkbərova boşanmasından danışıb.
milli.az-a müsahibəsində xəyanətə görə ərindən ayrıldığını bildirib: "O mənə xəyanət etdi. Onları bir yerdə tutdum. Evə qayıdıb yoldaşımın çamadanlarını qapının ağzına qoydum. Əslində, verdiyim qərarı düzgün sayıram. Amma bəlkə də uşağıma görə bir az səbr edib göz yuma bilərdim. Ancaq düşünürəm ki, vaxtında ayrılmasaydım, indi daha pis ola bilərdi".
Teleaparıcı niyə ikinci dəfə ailə qurmamasına da münasibət bildirib: "Boşanandan sonra ciddi anlamda ünsiyyətdə olduğum insanlar oldu. Amma sonradan gördüm ki, heç biri tam mən istəyən kimi deyilmiş. Amma gələcəkdə ailə qurub-qurmayacağımı indidən deyə bilmərəm".