Çində narkotik maddə saxlama iddiası ilə nəzarət altına alınan məşhur aktyor Ceki Çanın oğlu Ceysi Çanın məhkəməsinin tarixi bəlli olub.
Çinin Şinhua agentliyinin məlumatına görə, evində narkotik maddə saxladığı üçün həbs olunan Ceysi Çan cümə günü paytaxt Pekindəki Donqçinq əyalətindəki Xalq Məhkəməsində hakim qarşısına çıxacaq və məhkəmə xalqa açıq keçiriləcək.
Əyalət Xalq Məhkəməsi Ceysi Çanın 3 ilə qədər həbs cəzası ala biləcəyini istisna etmir.
Xatırladaq ki, Ceki Çanın oğlu Ceysi Çan ötən ilin avqustunda Pekindəki evində 100 qramdan çox marixuana saxladığı üçün nəzarətə alınmış və müayinələrdən sonra onun narkotikdən istifadə etdiyi aşkarlanmışdı.