Məşhur aktyor Şvartsnegerin oğlu qalmaqallı münasibətinə görə mirasından məhrum ola bilər.
Arnold Şvartsneger və keçmiş həyat yoldaşı Mariya Şrayver oğlunun məşhur qalmaqallı ifaçı Mayli Sayrusla münasibətindən narahatdırlar. Onlar oğlanlarının qalmaqallı ifaçıdan ayrılaraq gələcəyi üçün ciddi fəaliyyətə keçmələrini arzulayırlar. Əks halda Şvartsneger oğlunu mirasdan məhrum edəcəyi ilə hədələyir.
Qeyd edək ki, hazırda Şvartsnegerin oğlunun bank hesabında 50 milyon dollar var. Müqaviləyə əsasən, kino ulduzunun oğlu yalnız 25 yaşına çatandan sonra bu puldan istifadə edə bilər.