Dodağına slikon qoydu, ördəyə bənzədi (FOTO)

7-01-2015, 14:26   

Daha bir estetik əməliyyat faciəsi
Amerikada daha bir estetik əməliyyat faciəsi yaşanıb. ANS PRESS-in məlumatına görə, 23 yaşlı aparıcı qızın dodağına yerləşdirdiyi slikon başına bəla olub.
"Teen Mom" adlı şou proqramı ilə tanınan aparıcı Farah Abraham dəfələrlə bıçaq altına uzanıb. Lakin bu dəfə başına heç gözləmədiyi bir iş gəlib.

Dodaqlarını qalınlaşdırmaq üçün o slikon qoydurub. Amma bir necə gün sonra slikon orqanizm tərəfindən qəbul edilməyb və fəsadları üzə çıxmağa başlayıb. Qızın üst dodağı normadan bir necə dəfə artıq şişərək "ördək dimdiyini" xatırladıb.

Gənc qız dərhal həkimə müraciət etməli olub.

Qeyd edək ki, bənzər hadisə bir müddət öncə də baş verib. Belə ki, braziliyalı model ombasını böyütmək üçün slikon yerləşdirib. Lakin bədəninə infeksiya düşüb. Slikonları çıxarmaq üçün həkimlər onun ayağında iri dəliklər açmalı olublar.
Dodağına slikon qoydu, ördəyə bənzədi (FOTO)


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.