Müğənni Seda Sayanın uzun müddətdir ki, birlikdə olduğu sevgilisi Erkan Çelik evlənməyə hazırlaşır.
sənətçi sevgilisinin ailəsiylə tanış olmaq üçün bir müddət əvvəl Antepə getdiyi, daha sonra Çelikin ailəsinin İstanbula gəlib Sayanın ailəsiylə tanış olaraq “hə” mərasimini reallaşdırdığı iddia edilir. Cütlüyün hələ rəsmi olaraq evlənməməyinin səbəbi isə Seda Sayanın oğlu Oğulcandır. Oğulcan anasının Erkan Çeliklə evlənməsinə qarşı çıxır. Oğlunun razılığı olmadan evlənmək istəməyən Seda Sayan da Oğulcanı razı etmək üçün ailəsindən kömək istəyib.
Qeyd edək ki, Seda Sayan daha öncə 7 dəfə ailə qurub.