"Biz bilirik ki, Rusiya sərhəddə BMT-nin sülhməramlılarının formasında rənglənmiş hərbi texnikaları yerləşdirib". Bu açıqlama ilə Ukrayna Prezident Administrasiyasının sədri Sergey Paşinski çıxış edib. O, Rusiya ordularının hələ də sərhəd ərazilərdə hazır vəziyyətdə dayandığı haqqında informasiyaya malik olduğunu bildirib: "Biz bilirik ki, Rusiya sərhəddə BMT-nin sülhməramlılarının formasında rənglənmiş hərbi texnikaları yerləşdirib. Biz həmçinin bilirik ki,orada hərbi hissələrdə qalıb. Ona görə də biz istənilən addımı hərbi aqressiya kimi qəbul edəcəyik". Qeyd edək ki, dünən də Donetsk və Luqanskdakı "referendum"dan sonra Rusiya ordusunun bura sülhməramlı ordu kimi gətiriləcəyi ilə bağlı informasiya yayılmışdı.