"Deyib ki, sənəd göstərəydilər ki, mənim adımadır. Əlbəttə ki, rəsmi olaraq öz adını qeyd etdirməyib, bacısının və onun həyat yoldaşının adına rəsmiləşdirib.
Sənədlər məndə..." Mediatv.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib.. Jurnalist daha sonra bildirir:
"Vaxt məhdudiyyəti ilə bağlı ətraflı yaza bilməmişəm. Amma xamım deputatımızı da çox intizarda saxlamayacağam. Toplu halında, küliyyat şəklində dərc edəcəyəm. Hələlik isə aşağıda bir vərəqini təqdim edirəm. Orada Fransada Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində Kamranovnalara aid sökülən villanın ümumi dəyəri təxminən 6 milyon avro qiymətləndirilir. Mən isə xətaya yol verərək 5 milyon olduğunu qeyd etmişdim. İmza xanım Kamranovnaya aiddir."
Mediatv.az xəbər verir ki, bu da hamısı deyil... Jurnalist daha sonra bir başqa faktı da açıqlayır:
"Hicran Hüseynovanın nazirlər kabinetinin aparat rəhbərinin köməkçisi kimi işə düzəltdiyi əmisi nəvəsi ABŞ -dan cəbhəçi kimi siyasi sığınacaq alıb..."
Hər halda bu fakt olduqca ilginc mətləblərdən xəbər verir...