Əli Abbasovun oğlu, Pirverdiyevin kürəkəni, Londonda firması... – Dəmir Yollarında vəzifə alan oliqarx kimdir?

Dünən, 13:29   





Sabiq rabitə və texnologiyalar naziri Əli Abbasovun oğlu Eldar Abbasov “Azərbaycan Dəmir Yolları” QSC-də vəzifəyə təyin olunub. Anaxeber.info bildirir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Deyilir ki, sabiq nazirin oğlu iki il əvvəl Dövlət Gömrük Komitəsindəki işindən kənarlaşdırılı. Lakin  imicini dəyişərək, ADDYİ-də işə düzəlib. 
ADDYİ-nin rəisi Rövşən Rüstəmovun Eldar Abbasovla əlaqələrinin olduğu bildirilir. Ona görə də özünə yaxın şəxsi işsiz qoymayıb. Eyni zamanda, Rövşən Rüstəmov keçmiş nazir Əli Abbasovdan zamanında ciddi dəstək alıb. 
Qeyd edək ki, Eldar Abbasov “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin qızı Dünya xanımla ailəlidir. Cütlük Londonda "İnfipro” adlı şirkət açıb. Şirkətin 75%-i Eldar Abbasova, 25 faizi isə Dünya Piriverdiyə aiddir. Onun Türkiyədə də biznesi var. O, Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və tatistika Baş İdarəsinin rəis müavini olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.