Azərbaycan səhiyyəsinin "ölüm korpusu", "təhlükəli üçlük" və qazinin ölümlə çarpışan həyat yoldaşı

18-10-2024, 15:28   



Azərbaycan səhiyyəsinin

18-10-2024 01:20 / Bu xəbər 149 dəfə oxundu

Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) doğum şöbəsində övladını dünyaya gətirən 22 yaşlı Sara İsayeva doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşüb. 

Bu barədə "Arqument.az"a həyat yoldaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Orucəli Ağayev məlumat verib. 

Orucəli Ağayev deyir ki, həyat yoldaşı həkim səhlənkarlığı nəticəsində komaya düşüb və həkim bunu xəstə yaxınlarından gizlədib.

Onun sözlərinə görə, yoldaşı hamiləlik dövründə də məhz bu xəstəxanaya gedib: "Həkimi ginekoloq Almaz Qəhrəmanova idi. Hamiləlik normal keçdi. Qeysəriyyə əməliyyatını isə Almaz Qəhrəmanovanın qızı, ginekoloq Günel Qəhrəmanova üzərinə götürdü. Hamilənin birinci doğuşu olmasına baxmayaraq, ona qeysəriyyə təklif etdilər. Uşaq sağlam doğuldu. Bundan sonra ana palataya köçürüldü. Bizimlə telefonla görüntülü danışaraq, normal olduğunu dedi. Amma 3 oktyabrda ona iynə vurulub və halı pisləşib”, - həyat yoldaşı belə deyir. 

"Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm..."

Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: "Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır". 

"Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək", - deyə Orucəli Ağayev bildirib. 

"30-40 min manat pul lazımdır..."

Müharibə iştirakçısı deyir ki, gecə saat 3 radələrində şəhərin müxtəlif özəl və dövlət xəstəxanalarına müraciət ediblər: "Heç bir xəstəxana xəstənin durumuna görə qəbul etmirdi. Yalnız "Liv Bona Dea" Hospitalı onu qəbul etdi. İntensiv müalicə aparılsa da, hazırda trombositopeniya, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə koma vəziyyətindədir. Müalicə ilə əlaqədar xəstəxanaya ödənilməli olan böyük maddi xərclər var. Hamı bilir ki, o xəstəxanada müalicə üçün 30-40 min pul lazımdır. Mənim və ailəmin maddi durumu həmin xərcləri ödəməyə kifayət etmir”.

Günel Qəhrəmanova

Həkim xərcləri ödəməkdən imtina edib... 

O. Ağayev qeyd edib ki, həkim G.Qəhrəmanova həmin gecə xəstə yaxınlarına yalvararaq sağalanadək bütün xərcləri öhdəsinə götürüb, amma sonrdan imtina edib: "Cəmi 1 gün xərcləri ödədi. Sonra dedi ki, heç bir ödəniş etməyəcəyəm, hara şikayət edirsiniz, edin. Hazırda 11 min borc yığılıb. Ödəniş olunmasa, aparatdan ayıracaqlar. Maddi imkanım vəsaiti ödəməyə imkan vermir. Həkimin səhvi ucbatından çıxılmaz duruma düşmüşük. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürsünlər və həkim Günel Qəhrəmanova məsuliyyətə cəlb edilsin".

Orucəli Ağayev kimdir? 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.