Bakı şəhərindəki sərnişin avtobuslarında köhnə problemlər üzə çıxmağa başlayır. Bir vaxtlar paytaxtdakı köhnə avtobuslar yeniləri ilə əvəzlənsə də, artqı onarın vəziyyəti bərbadlaşır. Oxucular yazırlar ki, 23 saylı avtobuslar texniki cəhətdən yararsız vəziyyətə düşüb, artıq onlardan istifadə təhlükəlidir.
Bakı Sərnişin Nəqliyyat Departamentindən Milli.Az-a bildirildi ki, avtobusların şüşələrinin çirkli olması, eyni zamanda texniki cəhətdən sazlığı yoxlanılır. Müfəttişlər tərəfindən nasaz avtobuslar aşkarlanaraq sahibkarına məlumat verilir. Departmanetdən söz verildi ki, 23 saylı avtobusdakı vəziyyətlə bağlı həmin marşrutun sahibkarına məlumat veriləcək və problem aradan qaldırılacaq.