Yol polisi: "Heyf ki qadınsan, yoxsa sənə yağlı bir söyüş söyərdim"

12-05-2014, 10:50   
Yol polisi: "Heyf ki qadınsan, yoxsa sənə yağlı bir söyüş söyərdim"
Bakıda yol polisinin hərəkəti xanım sürücünü özündən çıxarıb. Polis onu cərimə etməklə yox, söyməklə hədələyib. Gülsarə İbişova adlı sürücü yazıb ki, mayın 8-də, saat 11 radələrində özünə məxsus “Kia Pikanto” markalı 99 EA 985 dövlət qeydiyyat nişanlı avtomobili “Azadlıq prospektində yol polisi tərəfindən saxlanıb. Özünü Yusifov Yusif kimi təqdim edən, 4476 döş nişanlı polis nəfəri ona yaxınlaşaraq işıqforun qırmızı işığında keçdiyini deyib. Xanım sürücü isə qaydanı pozmadığına polisi inandırarkən “"Heyf ki, xanımsan, yoxsa sənə bir yağlı söyüş söyərdim” cavabını alıb.

“Bu sözlərdən sonra ona qeyri-mədəni davranışını irad tutdum, mədəni danışmağı ondan xahiş etdim. İnspektor mənə sür get dedi. Mən isə 102 xidmətinə müraciət etdim və şifahi şikayətimi bildirdim. Xidmətdən Bakı şəhəri Yol Polisi İdarəsində 215-ci otaqda Talıb Qasımova yazılı surətdə və ya online müraciət etməyimi məsləhət görüldü”, - G.İbişova məktubunda vurğulayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovla danışmaq cəhdlərimiz baş tutmadı. İdarənin növbətçi hissəsindən bildirildi ki, narazılığı olan sürücü yazılı şikayət etsin. Məsələ araşdırıldıqdan sonra hər hansı tədbir görülə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.