“Facebook”un loqosu üçün niyə başqa rəng deyil, məhz mavi rəng seçilib?” sualı hamını maraqlandırır.
Bunun səbəbi bu sosial şəbəkənin qurucusu Zukerberqdə rəng korluğunun olmasıdır. Mark sadəcə mavi rəngi yaxşı seçə bilir. Bu səbəbdən də o, “Facebook”u yaradarkən, məhz mavini loqo rəngi kimi seçib.
Qeyd edək ki, 25 milyard dollar dəyəri olan “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq “Forbes” jurnalı tərəfindən dünyanın ən varlı adamları siyahısına daxil edilib.
“Facebook”dan ildə cəmi 1 dollar maaş alan Mark ofisdə işçilərlə eyni masada əyləşərir. Zukerberq həftədə 5 gününü və gündə 10 saatını ofisdə keçirir.
Zukerberq “Facebook” üçün ona təklif edilən ilk milyard dolları rədd edəndə onun 22 yaşı var idi. “Facebook”un builki gəlirinin 500 milyon olacağı gözlənilir.