Jurnalist Afət Yaqubova açıqlamasında şair Şəhriyar Del Geraninin oxucular haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, şairin xalqı təhqir etdiyini düşünür: “Başqalarının fikrini cəlb etmək istəyirsənsə, kimisə aşağılamalısan. Şəhriyar Del Geraninin açıqlamaları da bu prinsiplərə əsaslanır. Amma “oxucular oxuduqlarını qanmır” demək tərbiyəsizlikdir. Bu insan natamamlıq komlpeksindən əziyyət çəkir. Özünü gözə soxmaq üçün xalqı təhqir etmək doğru deyil. Mənim özüm də Koelyonu yaxşı piar olunmuş yazıçı kimi edirəm. Əsərlərinin bir çoxunu oxumuşam. İstər dili, istərsə də üslubu çox gözəldir”. Qeyd edək ki, Şəhriyar Del Gerani Teleqraf.com saytında gedən müzakirələr zamanı Paulo Koelyo yaradıcılığı barədə bunları deyib:“Mənə görə Koelyo Azərbaycan ədəbiyatına nəsə vermək üçün çox balacadır. O ki qaldı Azərbaycan oxucusuna, kimi oxuyur oxusun, onsuz da nə oxuduqlarını qanmırlar”.