Qusarlı qadının muzey iddiası

13-05-2014, 12:16   
Qusarlı qadının muzey iddiası
Bir yanda saxsı qablar, gümüşdən bəzək əşyaları, digər tərəfdə isə misdən hazırlanan məişət əşyaları. Adətən bu əşyalara tarix-diyarşünaslıq muzeylərində rast gəlmək mümkündür. Amma Zəminə Bəkirova qədim əşyaları öz evində bir araya gətirib. 15 il əvvəl Qusar rayonunun Əniğ kəndinə gələn xarici bir turist onda bu əşyalara maraq yaradıb.

Hazırda Zəminə Bəkirovanın evindəki muzeydə 350 eksponat var. Onlardan ən qədimi XIX əsrə aid olan samovardır. Ekspozisiyada daha çox məişət əşyaları üstünlük təşkil edir. Buradakı su səhəngləri, sinilər, qədim ütü, qayçı, qadın bəzək əşyaları buranı ziyarətə gələnlərin diqqətini çəkir.

Zəminə Bəkirova evində böyük bir muzey yaratmaq iddiasındadır. Amma bunun üçün gərək ilk olaraq eksponatların sayını artırsın. Onun arzusu qədim əşyaları kəndə gələn xarici qonaqlara təqdim edib, Azərbaycan xalqının qədim adət-ənənələrini, məişət əşyalarını nümayiş etdirməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.