Azərbaycanda 15 ildir fəaliyyət göstərən “Damla” yataqxanası boşaldılacaq.
Bu haqqda İnterpress.az-a “Damla” yataqxanasının direktoru Özkan Gültəkin məlumat verib. O, bildirib ki, Təhsil Nazirliyi ilə olan müqavilələri bitir və “Damla” yataqxanaları iyun ayının sonlarında fəaliyyətini qısa müddət dayandıracaq.
“Təhsil Nazirliyi müqaviləni uzatmadığı üçün biz də yataqxananı boşaldacağıq. Tələbələrin valideynləri fəaliyyətimizi dayandırmamaq üçün müraciətlər edirlər. Buna görə də qısa zaman ərzində yenidən fəaliyyətə başlayacağıq”.