Avtobus sürücülərinin biabırçı həkim müayinəsi

15-05-2014, 10:49   
Avtobus sürücülərinin biabırçı həkim müayinəsi
Sürücülər hər gün “həkimin xüsusi nümayəndəsi”nə 50-60 qəpik pul verib, “müayinədən” keçirlər. Qanunla avtobus sürücüləri hər gün reysqabağı tibbi müayindən keçməlidirlər. Kadrlardan da göründüyü kimi, heç də sürücülər bu qaydalara riayət etmir. Kadrlar Bakı Beynəlxalq Avtovağzalının yanındakı dayanacaqda çəkilib. Nəqliyyat müfəttişlərinin əhatəsində sərbəst hərəkət edən şəxs avtobus sürücüsünə yaxınlaşır və onda olan tibbi müayinə kartını alaraq müvafiq günə uyğun möhür vurur. Bu xidmətin qarşılığında isə sürücü ona 50-60 qəpik pul verir. Bu anları əməkdaşımız gizli şəkildə videoya çəkə bilib. Xatırladaq ki, sürücülərin reysqabağı tibbi müayinədən keçməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-ci ildə təsdiqlənən qərarı ilə tənzimlənir. Qərarda deyilir ki, reysqabağı və reysdən sonra sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasının məqsədi insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir.
[media=https://www.youtube.com/watch?v=e8atr4_fhTo]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.