Qadınlar Papaya eşq məktubu yazdılar

18-05-2014, 21:09   
Qadınlar Papaya eşq məktubu yazdılar
Bir qrup qadın Roma Papasına etiraz məktubu yazıb. Roma Papasına müraciət edən qadınlar subaylıq qadağasının qaldırılmasını tələb edirlər. Katolik din adamlarıyla eşq yaşadıqlarını əsas gətirən 26 qadın Papa Françeskoya məktub yazaraq rahiblərin subaylıq zəruriliyi prinsipini yenidən nəzərdən keçirməyi təklif ediblər. Qadınlar ailə qurmalarına izn verilməyən rahiblərin evlənmələrinə icazə verməsini istəyib. Əksəriyyəti italiyalı olan qadınlar Papaya göndərdikləri məktubda bildirirlər ki, rahiblərin evlənmə qadağası onların sevdikləri qadınlarla gizli şəkildə görüşmələrinə səbəb olur. 26 qadının yazdığı məktubda qeyd edilir: “İcazə verin, sevdiyimiz din adamları ilə ailə quraq. Onlar da uşaq sahibi olub, övladlarını qucaqlarında rahatlıqla daşıya bilsinlər. Lütfən, bu qadağanı nəzərdən keçirin! Katolik dünyasında bir çox rahib gizli şəkildə, kilsədən qorxaraq sevdikləri ilə münasibət qurur. Bu, bir-birini sevənlərə qarşı haqsızlıqdır". Qadınların məktubuna Papanın nə cavab verəcəyi maraqla gözlənir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.