Timoşenko: “AB və NATO-ya üzvlük məsələsini xalqı həll etməlidir”

18-05-2014, 21:14   
Timoşenko: “AB və NATO-ya üzvlük məsələsini xalqı həll etməlidir”
“Ukraynanın Avropa Birliyinə və NATO-ya üzvlüyü məsələsini xalq ümumukrayna referendumu yolu ilə həll eləməlidir. Bu, hansısa siyasətçinin qərarı olmamalıdır”. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin keçmiş baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko belə deyib.

Onun sözlərinə görə, “hər bir Ukrayna ailəsinin ağır müharibə qorxusu ilə yaşadığı, ordunun sərhədləri qorumaq üçün elə də güclü olmadığı şəraitdə” Ukraynaya sülhü qaytarmaq üçün mürəkkəb, lakin effektli qərarlar qəbul olunmalıdır.

“Belə qərar Avropa Birliyi və NATO-ya qoşulmaq olar. Bu, dövlətimiz üçün sivil seçimdir. Lakin bu, müstəsna olaraq Ukrayna xalqının hüququdur, hansısa siyasətçinin yox”, - deyə Timoçenko bəyanatlında qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.