Krım tatarların mitinqini işıqlandıran jurnalist oğurlanıb

18-05-2014, 21:48   
Krım tatarların mitinqini işıqlandıran jurnalist oğurlanıb
Bu gün Simferopolda Krım tatarlarının deportasiyasının 70 illiyi bağlı matəm mitinqindən canlı yayım verən jurnalist Osman Paşayev tədbirdən dərhal sonra itkin düşüb. Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, “Açıq Krım kanalı” internet-layihənin yaradıcısı olan Paşayevin yoxa çıxması barədə Zərifə Seydamatova öz facebook səhifəsində yazıb.

Onun yazdığına görə, Osmanı Simferopolda həbs ediblər. “Ancaq hara aparıldığı bilinmir. Qohumları da ondan xəbərsizdir. Nə onun, nə də onu müşayiət edən türkiyəli operatorun telefonları cavab vermir”, - deyə o, statusunda qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.