Krımın Rusiyaya birləşdirilməsindən sonra təzyiqlər ucbatından 7 min tatar yarımadanı tərk etmək məcburiyyətində qalıb.
Bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Yuri Serqeyev “Amerikanın Səsi”nə verdiyi açıqlamasında deyib.
“Ukrayna hakimiyyəti Krımda baş verənlərdən, Krım tatarlarının hüquqlarının pozulmasından, onlara qarşı təzyiqlərdən olduqca narahatdır”, - deyə Serqeyev bildirib.