Ermənistanın hakim “Respublika" partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan hakimiyyətə müxalifətdə olan lragir.am saytına müsahibə verib.
Qeyd edək ki, Ermənistan müxalifəti hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hökuməti az qala ölkəni satmaqda ittiham edir.
Vaqram Baqdsarayanın müxbirin bununla bağlı israrlı sualları qarşısında verdiyi cavablarda isə bir sıra maraqlı məqamlar var.
Musavat.com həmin müsahibəni Azərbaycan oxuyucularına təqdim edir.
Müsahibədə müxbir ilk öncə Baqdasaryana Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı hər hası bir sənədin mövcud olması və hətta buna görə Ermənistan rəhbərliyi ilə qondarma “DQR” rəhbərliyi arasında ziddiyyət yarandığı barədə sual verib.
- Sizi əmin edirəm ki, hər hansı bir sənədin mövcud olması və ziddiyyətlərin yaranması barədə söhbət gedə bilməz” deyə o cavab cevrib.
- O zaman Lavrov nə üçün tez bir zamanda danışıqlarda uğur əldə ediləcəyindən danışıb?
- Heç bir sənəd yoxdur, sadəcə Vyana və Sankt-Peterburqdakı görüşlər və razılaşmalardan danışa bilərik”
- Respublikaçı deputat Levon Aleksanyan deyib ki, Qarabağın müstəqilliyi üçün Ağdamı da vermək olar. Bu Respublika parrtiyasının mövqeyidirmi?”
- Bizim əsas vəzifəmiz Dağlıq Qarabağın statusudur, müqəddəratın həll edilməsidir, qalan hamısı ikinci dərəcəlidir”.
- Ermənistan prezidenti Varşava samimitinə gedənə yaxın partiyadaşlarını toplayaraq onun seçim qarşısında qoyulduğunu söyləyib - ya müharibə, ya da torpaqların qaytarılması. Bu nə dərəcədə doğrudur
- Biz bu kimi məsələləri müzakirə etmirik. Biz Qarabağın (qondarma qurumun-red.) öz müqəddaratını sülh yolu ilə həll etməyi müzakirə edirik. Bunu sülh yolu ilə əldə etməzsək, bütün varianlara da hazırıq.
- Demək istəyirsiz ki, hakimiyyət torpaqların qaytarılmasına getməyəcək?
- Hakimiyyət DQ-nin (qondarma respublikanın-red.) statusunun, daha doğrusu, “DQR”-in müstəqilliyinin məsələsinin həllinə çalışır,
- Yəni DQR müstəqil olsa, torpaqlar qaytarılacaq?
- Xahiş edirəm ki, ərazilər məsələsinin üstünə bu qədər getməyəsiniz. Biz bütün diqqəti müqəddəratın müəyyən edilməsinə yönəltmişik. Qalan bütün məsələləri isə müzakirə etmək olar.
Torpaqlar qaytarılsa nə olacaq?
- Əgər kompromis varsa bu danışıqlar zamanı həll oluna bilər.
- Azərbaycan və Ermənistan prezidentləri arasındakı Paris görüşündən nə gözləyirsiniz. Regionda montiorinq mexanizmlərini gerçəkləşməzsə, nə olacaq?
- Düzünə qalsa, mən yaxın 2-3 il ərzində hansısa qərarın qəbul ediləcəyini gözləmirəm. Bu kimi danışıqlar sülhü möhkəmləndirməyə xidmət edir. Danışıqlarda bir çox ziddiyyətlər ortaya çıxa bilər. Belə ki, biz Azərbaycanın bütün arzularını yerinə yetirmək niyyətində deyilik. Onlar isə çətinliklə də olsa bizim tələblərimizi yerinə yetirəcəklər. (?!!) Buna görə danışıqlar uzun səbir və çözüm tələb edir. Bu danışıqların çözülməsinin əsasında isə “DQR”-in (qondarma respublikanın) müqəddaratının həlli məsələsi olacaq.
Müxbirin regionda ABŞ və Qərbin rolunun aktivləşdirilməsi barədə sualına cavab olaraq isə Baqdasaryan deyib:
- Minsk qrupunun üzvləri istənilən halda razılığa gəlməlidirlər. Vyanada əsas rol ABŞ-a Sankt-Peterburqda isə Rusiyaya məxsus olub. Növbəti görüşdə əsas aktyor Fransa olacaq. Son 25 ildə ilk dəfə həm ABŞ-ın, həm də Rusiyanın bu məsələdə məqsədyönlü şəkildə nizmasalmya yönəldiyini görürük. Bu çox vacibdir”.
- Əgər hansısa sənəd yoxdursa, cəmiyyət (Ermənistan cəmiyyəti-red.) niyə torpaqların geri qaytarılmasından danışır?
- Bu barədə hər iki tərəfdə də danışılır. Məsələn, Azərbaycan mətbuatında hətta Xankəndinin və İrəvanın (?) da təslimindən yazırlar. Bizdə isə “bir qarış torpağı da verə bilmərik” rəyi hökm sürür. Siyasi hadisələrin inkişafını səbirlə izləmək lazımdır.
- Niyə Rusiya Azərbaycanla hərbi əməkdaşlıqdan və silah satmaqdan vaz keçmir?
- Biz Rusiyanın yerinə cavabdeh ola bilmərik. Lakin bizə də verilən silahlara baxdıqda hansısa tendensiyadan danışa bilərik. Rusiyanın öz strategiyası var. Hər halda Rusiyada Qarabağdakı situasiyanın müharibəyə deyil, sülhə doğru getməsi uğrunda çılışırlar.
- Rusianın Ermənistana vəd etdiyi 200 milyonluq silah hələ gəlib çatmayıb.
- Bizim təhlükəsizliymizi təmin emtək üçün kifayət qədər silahımız var. Bizə tətbiq edə bilməyəcəyimiz silah lazım deyil. Bizim vəsaitimiz öz təhlükəsizliyimizi təmin etmək üçün silah almağa yetərlidir” - Vaqram Baqdasaryan cavab verib.
Vaqif Hüseyn, Musavat.com