Fransada qətliam törədən terrorçunun polis tərəfindən güllələndiyi anlar... - VİDEO
15-07-2016, 17:57
Fransanın Nitsa şəhərində terror aktı törədən şəxsin polislər tərəfindən vurulmasının görüntüləri ortaya çıxıb.
Musavat.com "Aljazeera" telekanalına istinadən xəbər verir ki, videogörüntülərdə onlarla insanı yük avtomobili ilə əzərək, öldürən terrorçunun polis tərəfindən öldürülməsi görünür.
Son məlumatlara görə, dünən törədilən terror hadisəsində 84 nəfər həyatını itirib, 50 nəfər ağır olmaqla, 120 nəfər yaralı var.