Beynəlxalq Kosmik Stansiyanın canlı yayımında maraqlı hadisə baş verib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, iyulun 9-da verilən canlı yayım zamanı orbitdə uçan naməlum obyekt (UNO) görünüb. Obyekt görünən kimi NASA canlı yayımı kəsib.
İnternet istifadəçiləri sirli obyektin yadplanetlilərə, ya da Çinə aid ola biləcəyini iddia edir.
NASA-dan məsələ ilə bağlı açıqlama verilməyib.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=B9O6sbzspEs]