Biləsuvarda ata oğlunu güllələyib

16-07-2016, 13:48   
Biləsuvarda ata oğlunu güllələyib
Bu gün səhər saatlarında Biləsuvar şəhəri Puşkin küçəsindəki evlərdən birində güllələnmə hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, 76 yaşlı rayon sakini Qərib Xanhüseynov ailə münaqişəsi zəminində oğlu, 1977-ci ildə anadan olmuş Xəqani Xanhüseynova ov tüfəngindən atəş açıb.

Ayaq nahiyəsindən xəsarət almış yaralı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Emil Məmmədov

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar