Türkiyədə çevriliş cəhdinə görə onlarla general həbs olundu FOTO

16-07-2016, 20:48   
Türkiyədə çevriliş cəhdinə görə onlarla general həbs olundu FOTO
Türkiyədə iyulun 15-də başlayan hərbi qiyamın təşkilatçılarının bir qrupu həbs edilib.

Virtualaz.org xəbər verir ki, Türkiyə KİV-ləri həbs olunanların fotolarını dərc edir. Bunlar hərbi dəniz qüvvələri bazasının komandanı, vitse-admiral Tezcan Kızılelma, Safranbolu 125-ci jandarma təlim polkunun komandiri, polkovnik Sedad Arıcan, Manisa qarnizon komandanı, general-mayor Yavuz Ekrem Arslan, Mərkəz komandanı, polkovnik Murat Yıldız, polkovnik-leytenant Bülent Eryılmaz, Mersin qarnizonunun və Ağdəniz donanmasının komandanı, kontr-admiral Nejat Atilla Demirhan, Ardahan qarnizon komandanı, general-mayor Erdem Karğın, Konya bölgə jandarma komandanı, polkovnik Mustafa Sakaoğludur.

Son məlumata görə 2-ci ordunun komandanı, ordu generalı Adem Huduti də həbs olunub. Onun Malatyada həbs olunduğu bildirilir. 2-ci ordunun qərargahında keçirilən polis əməliyyatı zamanı bir polkovnik öldürülüb.

Hərbi çevriliş cəhdi ilə bağlı az əvvəl Türkiyə parlamentinin fövqəladə toplantısı keçirilib. Baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıcdaroğlu və MHP lideri Devlət Baxçalı çıxış ediblər. Binəli Yıldırım hərbi çevrilişə cəhd edənləri “terrorçular, gözü dönmüş nəşəxorlar” adlandırıb, onların “məhv edildiklərini” bildirib. Müxalifət liderləri də hərbi çevriliş cəhdini pisləyiblər. Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusİ Akar da vertolyotla parlament binasına gətirilib və hökumətin tərəfində olduğunu nümayiş etdirib.

Türkiyənin hökumət mediası hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını iddia edir.

“Sozcu” qəzetinin yazdığına görə həbs edilən generalların sayı 34-dür. Bu, Türkiyə Silahlı Qüvvələrinin komandan heyətinin böyük əksəriyyətini təşkil edir. Həbslərin və orduya divan tutma əməliyyatının davam edəcəyi gözlənilir. Lakin qiyamçıların hələ tam neytrallaşdırılmadığı haqda məlumatlar var.

Virtualaz.org



















Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar