Şəkidə BİABIRÇILIQ! Şöbə müdiri qadın müəllimlərə TƏCAVÜZ EDİR

16-07-2016, 20:54   

Şəki şəhərində qadın müəllimlərə təcavüz edilməsi barədə məlumat yayılıb.

Belə bir iddia ilə çıxış edən Elşən Məmməd adlı profilin sahibi özünün “Facebook” səhifəsində çıxış edib. O iddia edir ki, Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev narkotik vasitə qəbul edəndən sonra qadın müəllimlərə təcavüz edir. Şikayətçi Elxan Abdullayevin şəxsi kabinetində ovucunda heroinə bənzər ağ toz iyləyəndən sonra bu hərəkəti törətdiyini bildirib. Daxili İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı araşdırma aparıb.

BiG.AZ xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Şəkidən müdhiş iddia: təhsil şöbəsinin müdir müavini müəllimlərə təcavüz edir?” başlıqlı yazi ilə əlaqədar aparılan araşdırmanın nəticələri barədə Cebhe.info-ya məlumat verib:

“Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini Elşən Məmmədovun həyat yoldaşı, Şəki şəhər Təhsil Şöbəsində metodist vəzifəsində işləyən Elnarə Məhərrəmova bu il iyunun 24-də Təhsil Şöbəsinin inzibati binasında burada texniki işdə çalışan Rəsmiyyə Məmmədova adlı qadınla ucadan danışaraq və nalayiq ifadələr işlətməklə mübahisə etdiyinə görə şöbənin müdir müavini Elxan Abdullayev onların hər ikisini xidməti otağına dəvət edərək, onlara ciddi irad bildirmişdir. E.Abdullayevin ona irad bildirməsindən narazı qalan Elnarə Məhərrəmova təhsil şöbəsinin rəhbərliyinə guya E.Abdullayevin xidməti otağında narkotik maddə qəbul etməklə ona təcavüz etmək istəməsi barədə yalan məlumat vermişdir. Təhsil şöbəsində aparılan araşdırma zamanı E.Məhərrəmovanın göstərdikləri təsdiq olunmamışdır. Onun hərəkətlərində əsəbilik, psixi pozuntu əlamətlərinin olması, işçilərlə münasibətdə qeyri-adekvat hərəkətlərə yol verməsi nəzərə alınaraq rəhbərlik tərəfindən E.Məhərrəmovaya şifahi xəbərdarlıq edilmişdir.

Elşən Məmmədov həyat yoldaşı Elnarə Məhərrəmovanın sözlərinə istinad edərək guya təcavüzə məruz qalmış qadının öz həyat yoldaşı olmasını bilərəkdən gizlətmiş, sosial şəbəkələrdə Elxan Abdullayev barəsində yalan və böhtan xaraktereli məlumatlar yaymışdır. Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev 15.07.2016-cı il tarixdə ərizə ilə Şəki ŞRPŞ-nə müraciət sözügedən hadisə barədə məlumat vermiş, onun barəsində yalandan rüsvayedici məlumatlar yayan şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. E.Abdullayevin müraciəti əsasında müvafiq araşdırmanın aparılması ŞRPŞ-nin Təhqiqat bölməsinə həvalə edilmişdir və hazırda həmin ərizə əsasında araşdırma aparılır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar