PKK-ya qarşı müharibəyə komandanlıq edən ordu generalına "xain" damğası vuruldu

16-07-2016, 21:24   
PKK-ya qarşı müharibəyə komandanlıq edən ordu generalına "xain" damğası vuruldu
Türkiyədə hərbi çevriliş cəhdinə görə həbs edilən 2-ci ordu komandanı, ordu generalı Adəm Huduti ölkənin cənub-şərqində PKK-ya qarşı aparılan hərbi əməliyyatlara komandanlıq edib.

virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, general Adəm Huduti Kosovoda anadan olub, 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Türkiyəyə sığınıb. Hərbi məktəbi bitirdikdən sonra türk ordusunda xidmətə başlayıb. General Huduti Şırnak və Diyarbəkir bölgələrində PKK-ya qarşı aparılan hərbi əməliyyatlara komandanlıq edirdi. Onun hərbi çevriliş cəhdindəki rolu barədə məlumat verilmir. Bununla belə hökumətyönlü KİV-lər Adəm Hudutinin "Fətullah Gülənin terror təşkilatına mənsubluğu" barədə yazır və onu "xain" adlandırır.

Bu dəqiqələrdə Ankarada parlament binası qarşısına toplanmış hakimiyyət tərəfdarları qarşısında baş nazir Binəli Yıldırım çıxış edir. Kütlə onu "Allahü Əkbər" hayqırtıları ilə dəstəkləyir.

virtualaz.org

* * *20:17

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

“Milliyet”in verdiyi məlumata görə, ordu generalı A.Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriyaistiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar