Ərdoğan Obamaya çağırış edir: “Pensilvaniyadakı o zatı təslim edin”

16-07-2016, 22:01   
Ərdoğan Obamaya çağırış edir: “Pensilvaniyadakı o zatı təslim edin”
Bu dəqiqələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir.

Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, Ərdoğan çıxışında çevriliş cəhdinin qarşısının alındığını, millətin çevrilişçiləri məğlub etdiyini deyib. Türkiyə prezidenti hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib. “Türkiyə bu “paralelçilərdən” çox çəkdi” –Ərdoğan vurğulayıb.

Ərdoğan deyib ki, o, ABŞ prezidenti Barak Obamaya müraciət edərək “Pensilvaniyada, 400 hektarlıq ərazidəki iqamətgahında oturub Türkiyəni qarışdıran “örgüt liderini” ya deportasiya etməyə, ya Türkiyəyə təhvil verməyə çağırmışdı. “Mən bunların çevriliş planlaşdırdıqlarını demişdim, ancaq sözümü dinləmədilər. İndi bir daha ABŞ-a, onun prezidentinə müraciət edirəm-Pensilvaniyadakı o zatı Türkiyəyə təslim edin”-Ərdoğan bildirib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar