Rusiya Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi Baş İdarəsinin sədr müavini general Denis Nikandrovun və İK Təhlükəsizlik İdarəsinin sədri Mixail Maksimenko və daha bir nəfər haqda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Avropa.info xəbər verir ki, Nkandrov kriminal aləmdə Şakro Molodoy ləqəbi ilə tanınan avtoritet Zaxariya Kalaşovun himayədarlıq edirmiş. General kriminal avtoritetlə apardığı danışıqlarda bir milyon dollar qarşılığında onun cinayət işini bağlamağa söz verib. FTX Nikandrovla bağlı bir neçə aydır ki, izləmə aparırmış. İdarənin Arbatdakı binasında axtarışlar aparılır.
Bundan başqa İstintaq Komitəsinin işçilərinin bəzilərinin yaşayış yerində axtarışlar aparıldığı bildirilir.