ZİYA MƏMMƏDOV 100 MİLYONU HAVAYA SOVURUB - Mərkəz niyə işləmir?

20-07-2016, 12:15   
ZİYA MƏMMƏDOV 100 MİLYONU HAVAYA SOVURUB - Mərkəz niyə işləmir?

Artıq bir müddətdir ki, Nəqliyyatın Intellektual İdarəetmə Mərkəzi faktiki olaraq fəaliyyət göstərmir. Bunun səbəbi isə bəlli deyil. Azadlıq.info-nun məlumatına görə, bu qurum yarandığı ilk günlərdən özünü doğrultmamışdı. Xüsusilə sürücülər sistemin düz işləməməsindən narazılıq edirdilər.
Onlar bildirirdilər ki, dayanacaqlarda qurulan monitorlar vaxtı düz göstərmir. Indisə həmin monitorlar ümumiyyətlə işləmir. Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin yaradılmasına 100 milyon manat vəsait sərf edilib. Dayanacaqlarda qurulan monitorların hər birinə 10 min manat verildiyi bildirilir.
Beləliklə, 100 milyon manat faktiki olaraq havaya sovrulub.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar